Bank Of Baku

Beyləqanda ikimərtəbəli yataqxanada yanğın baş verib - VİDEO

Beyləqanda ikimərtəbəli yataqxanada yanğın baş verib - VİDEO
# 03 yanvar 2026 01:43 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub .

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli yataqxana binasının ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR