Beyləqanda yeməkxanada yanğın olub

Beyləqanda yeməkxanada yanğın olub
# 24 aprel 2022 09:20 (UTC +04:00)

Beyləqan rayonunun Mil qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli yeməkxana binasının qamış və lambirindən ibarət tavanı 106 m² sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR