Gömrük orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
APA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Twitter"də paylaşım edib.
O bildirib ki, ölkənin cənub sərhədində Biləsuvar gömrük postunda 527 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.