Bakıda bağlı qapı arxasında qalan vətəndaş xilas edilib - VİDEO

Bakıda bağlı qapı arxasında qalan vətəndaş xilas edilib - VİDEO
# 26 aprel 2024 09:40 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən çoxmənzilli yaşayış binasında vətəndaşın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən APA-ya bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xüsusi alpinist ləvazimatlarından istifadə edərək onaltımərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olan xilasedicilər tərəfindən bağlı qapı arxasında qalmış vətəndaş xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR