Bank Of Baku

BNA: Avtobusa səhv minən 6 yaşlı oğlan tapılaraq ailəsinə təhvil verilib

BNA: Avtobusa səhv minən 6 yaşlı oğlan tapılaraq ailəsinə təhvil verilib
# 13 may 2023 17:25 (UTC +04:00)

Bu gün saat 15:30 radələrində 88 nömrəli marşruta səhv minən 6 yaşlı oğlan tapılaraq ailəsinə təhvil verilib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, Çağrı Mərkəzinə (Alo141) vətəndaş tərəfindən daxil olan müraciətə əsasən, dərhal araşdırma aparılıb. “BakuBus” MMC-nin müvəqqəti istismarında olan 88 nömrəli marşrutda fəaliyyət göstərən avtobuslara “AVL” proqram təminatı vasitəsilə mesaj göndərilib. Bundan əlavə xəttə nəzarət edən, xətt dispetçerləri ilə telefon əlaqəsi yaradılıb uşaqla bağlı bütün məlumatlar verilib.

Saat 16:25 radələrində uşaq tapılıb və valideyni ilə əlaqə saxlanılaraq metronun “İçəri Şəhər” stansiyası yaxınlığında polis əməkdaşlarının müşayiətilə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR