Cəlilabadda 5 nəfərin zəhərlənməsilə bağlı araşdırmanın nəticəsi açıqlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, araşdırmanın nəticəsinə görə, hadisəyə səbəb qida zəhərlənməsi deyil.
***
10:22
Cəlilabadda 5 nəfərin qidadan zəhərlənməsi araşdırılır.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək" - açıqlamada bildirilib.
***
09:49
Cəlilabadda 3-ü azyaşlı olmaqla 5 nəfər qidadan zəhərlənib.
APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad şəhəri ərazisində baş verib.
Cəlilabad şəhər sakinləri, 1988-ci il təvəllüdlü Almaz Əliqəmbər qızı Abbasova, 1993-cü il təvəllüdlü Zəhra Əliqəmbər qızı Həşimova, 2010-cu il təvəllüdlü Aysel Xəqani qızı Abbaslı, 2012-ci il təvəllüdlü Vüsalə Xəqani qızı Abbaslı və 2013-cü il təvəllüdlü Fatimə Elmin qızı Həşimova zəhərlənib. Onlar rayon xəstəxanasına çatdırılıblar.
İlkin məlumata görə, onlar qəbul etdikləri qidadan zəhərləniblər.
Qeyd edək ki, zəhərlənən şəxslər yaxın qohumdurlar.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev
Çingiz Səfərli