Cəlilabad rayonunda ana doğuşdan sonra vəfat edib.
APA-nın cənub bürosunun verdiyi məlumatına görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Fatimə Həziyeva Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin Perinatal şöbəsində qeysəriyyə əməliyyatı ilə övlad dünyaya gətirdikdən sonra ölüb.
Doğulan uşağın yaşadığı bildirilir. Bu, qadının ilk hamiləliyi olub.
Faktla bağlı araşdırma aparılır.