Bank Of Baku

Cəlilabadda kişinin keçmiş arvadını qətlə yetirməsi faktı ilə bağlı cinayət işi başlanılıb

Cəlilabadda kişinin keçmiş arvadını qətlə yetirməsi faktı ilə bağlı cinayət işi başlanılıb
# 06 fevral 2023 09:49 (UTC +04:00)

Fevralın 6-sı, saat 06 radələrində 1992-ci il təvəllüdlü Aysel Abbasovanın Cəlilabad rayonununda yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəlilabad rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, ilkin araşdırma zamanı 1987-ci il təvəllüdlü Elxan Əmənovun bıçaqla keçmiş arvadı Aysel Abbasovaya xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR