Cəlilabadda iki avtomobil toqquşub, xəsarət alanlar var.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonunun Abdullu kəndində baş verib.
"VAZ-21099" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanlar olub.
Yaralılar dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.