Cəlilabadda avtomobil qəzasında ölən şəxsin adı məlum olub.
APA-nın cənub bürosu xəbər verir ki, Göytəpə şəhərində baş verən qəzada dünyasını dəyişən şəxs rayonun Sabirabad kənd sakini, 2004-cü il təvəllüdlü Dünyamalı İslam oğlu Məmmədovdur.
Onun həmkəndliləri Ramal Əliyev və Aslan Abbasov isə xəstəxanaya yerləşdirilib. Mərhumun meyiti isə aidiyyəti üzrə təhvil verilib.
***
14:52
Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın cənub bürosu xəbər verir ki, hadisə Göytəpə şəhərində qeydə alınıb. "VAZ-2107" və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində bir sərnişin ölüb. Xəsarət alan sürücülər isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.