Bank Of Baku

Culfada yanğında xəsarət alan azyaşlı ölüb, anasının müalicəsi davam edir - FOTO - YENİLƏNİB

Culfada yanğında xəsarət alan azyaşlı ölüb, anasının müalicəsi davam edir - FOTO  - YENİLƏNİB
# 11 iyun 2026 16:51 (UTC +04:00)

Bu gün Culfa şəhərində baş verən yanğın zamanı xəsarət alan 2023-cü il təvəllüdlü Emil Zeynalov Naxçıvan Muxtar Respublika Xəstəxanasında ölüb.

APA xəbər verir ki, azyaşlının anası 2004-cü il təvəllüdlü Fidan Zeynalovanın müalicəsi davam etdirilir.

***

14:18

Culfa şəhərində yaşayış binasında yanğın olub.

APA xəbər verir ki, hadisə şəhərdəki 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Hadisə yerinə FHN-in qüvvələri cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 2004-cü il təvəllüdlü Fidan Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı xəsarət alıb. Onlar əvvəlcə Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR