Bank Of Baku

DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO

DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
# 30 avqust 2026 09:00 (UTC +04:00)

Şəkinin dağlıq ərazisində itlərin hücumuna məruz qalaraq ağır xəsarətlər alan Niderland vətəndaşı Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən təxliyə edilib.

DSX-nin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, 1979-cu il təvəllüdlü Kramer Anne Hestler avqustun 29-da Baş Zəyzid kəndinin Çələngi yaylağı istiqamətində piyada yürüş zamanı itlərin hücumuna məruz qalıb və müxtəlif dərəcəli xəsarətlər alıb.

DSX-nin helikopteri ilə əraziyə tibb heyəti və xilasetmə qrupu göndərilib. Təxminən 2000 metr yüksəklikdə həyata keçirilən əməliyyat nəticəsində yaralı turistə ilkin tibbi yardım göstərilib və helikopterlə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun təcili əməliyyat olunduğu bildirilib.

© APA | Xəsarət alaraq köməksiz vəziyyətdə qalan Niderland vətəndaşı dağlıq ərazidən təxliyə edilib

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR