Bank Of Baku

FHN: Ötən həftə 36 nəfər xilas edilib, 6 nəfərin meyiti təhvil verilib

FHN: Ötən həftə 36 nəfər xilas edilib, 6 nəfərin meyiti təhvil verilib
# 24 avqust 2026 10:21 (UTC +04:00)

Ötən həftə 682 yanğına çıxış olub, 6 nəfərin meyiti təhvil verilib.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 682 yanğına çıxış, 28 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 3-ü azyaşlı olmaqla 36 nəfər xilas edilib, yanğınlar zamanı 3-ü azyaşlı olmaqla 12 nəfər təxliyə olunub, 3 nəfər xəsarət alıb, 6 nəfərin meyiti təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR