Gədəbəydə inək oğurlayan şəxs aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya bildirilib ki, oğurluq etdiyinə görə tutulmuş M.İsmayılovun və A.Tağıyevin ətraflarında Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Cabbarovla birgə 2018-ci ilin avqust ayının 12-də Parakənd kəndinin ərazisində yerləşən otlaq sahəsindən 4 kənd sakininə məxsus, ümumilikdə 15 baş inəyi oğurlamaları da müəyyən edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə S.Cabbarov da saxlanılıb.