Bank Of Baku

Gəncə-Şəmkir avtomobil yolunda subasmadan sonra hərəkət bərpa edilib - FOTO - VİDEO

Gəncə-Şəmkir avtomobil yolunda subasmadan sonra hərəkət bərpa edilib - FOTO  - VİDEO
# 14 may 2023 14:21 (UTC +04:00)

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar nəticəsində Gəncə şəhəri, Məhsəti qəsəbəsi ərazisində Gəncə-Şəmkir avtomobil yolunun hərəkət hissəsinin subasmaya məruz qalması və nəqliyyat vasitələrinin hərəkətində çətinliklərin yaranması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Görülmüş tədbirlər nəticəsində subasmaya məruz qalmış ərazidən su çəkilib kənarlaşdırılaraq nəqliyyat vasitələrinin sərbəst hərəkəti bərpa edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR