Gəncədə 4 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, "MAN","VAZ 21099", "BMW" və "Fiat Doblo” markalı təcili tibbi yardım avtomobili toqquşub.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Məlumata görə, xəsarət alanlar "VAZ 21099" da olan şəxslərdir.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-nın qərb bürosuna verilən məlumata görıə, Gəncədə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 4 nəfər (2 qadın, 2 kişi) 23 oktyabr saat 12:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
***
13.53
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü A.Quliyev, 1982-ci il təvəllüdlü V.Məmmədov, 1988-ci il təvəllüdlü M.Məmmədova və 2012-ci il təvəllüdlü A.Məmmədli xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.