Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan “Chevrolet Cruze” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarı ilə gedən 3 qadını - 1968-ci il təvəllüdlü Zəminə Şəfiyeva, 1977 ci il təvəllüdlü Zərifə Məmmədova və 1974-cü il təvəllüdlü Cəmilə Salmanovanı vurub. Daha sonra avtomobil 5 mərtəbəli binaya çırpılıb. Qəza zamanı sürücü və 3 qadın piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.