Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin şərq çıxışında qeydə alınıb.
Hərəkətdə olan "Opel" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarında dəmir arakəsməyə çırpılıb.
Qəza nəticəsində sürücü 2001-ci il təvəllüdlü Abdullazadə Nəsib Müşfiq oğlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Avtomobil yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.