Gəncədə baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB-3 - FOTO

Gəncədə baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB-3  - FOTO
# 26 iyun 2024 21:13 (UTC +04:00)

İyunun 26-da saat 16 radələrində Gəncə şəhəri ərazisində 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirilməklə öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Gəncə şəhər prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı 1959-cu il təvəllüdlü Mahir Quliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək tanışı İlhamə Hüseynovanı qəsdən öldürməsinə, daha sonra 1999-cu il təvəllüdlü Akif Ağalarova və özünə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Akif Ağalarov və hadisəni törətməkdə şübhəli bilinən Mahir Quliyev xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam edir.

***
20:03


Gəncədə baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisəni törədən 1959-cu il təvəllüdlü Mahir Quliyevlə qeyri-rəsmi münasibətdə olduğu 1979-cu il təvəllüdlü İlhamə Hüseynovna 1999-cu il təvəllüdlü Akif Ağalarova qısqanıb.

Əvvəlcə Mahir Quliyev İlhamə Huseynovanı bıçaqla qətlə yetirib, daha sonra isə Akif Ağalarovu bıçaqlayıb.

Hadisəni törədən şəxs qadının öldüyünü görəndən sonra özünə də xəsarət yetirib.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

***

İyun ayının 26-da saat 16 radələrində Gəncə şəhər Baş Polis İdarəsinə 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlə çox saylı bədən xəsarətləri alaraq qətlə yetirilməsi, şəhər sakini 1999-cu il təvəllüdlü Akif Ağalarovun kəsici-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya bildirilib ki, hadisəni qısqanclıq zəminində törədən 1959-cu il təvəllüdlü Mahir Quliyev daha sonra özünə həmin alətlə xəsarət yetirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

18:09

Gəncədə bıçaqlananların sayı ikiyə çatıb.

APA-nın yerli bürosunun məlumatına görə, bıçaq xəsarəti alanlar 1999-cu il təvəllüdlü Akif Ağalarov və 1959-cu il təvəllüdlü Mahir Quliyevdir.

Hər iki xəstə xəstəxanaya yerləşdirilib, dərhal əməliyyata götürülüblər.

***

17:42

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.

Belə ki orta yaşlı kişi bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyata götürülüb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Hadisə yerinə polis əməkdaşlar cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR