Şəmkirdə 31 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Şəmkirdə 31 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
# 29 iyun 2024 08:50 (UTC +04:00)

Şəmkirdə həmkəndlisini bıçaqlamaqda şübhəli bilinən şəxs salxanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Çaparlı kənd sakini 2000-ci il təvəllüdlü Fərrux Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***
08:16


Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.

1993-cü il təvəllüdlü K.Zamanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat edilib. Hadisəsnin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR