Bank Of Baku

Gəncədə Fətəli xan Xoyskinin qohumunun meyiti tapılıb - YENİLƏNİB-1 - FOTO

Gəncədə Fətəli xan Xoyskinin qohumunun meyiti tapılıb - YENİLƏNİB-1  - FOTO
# 17 may 2023 01:16 (UTC +04:00)

Xəbərə foto əlavə edilib.

***

00.03

Gəncədə evdən 75 yaşlı kişinin meyiti aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əziz Əliyev proskektində qeydə alınıb. Sözügedən ünvanda yaşayan 75 yaşlı Xan Xoyski Azad Cəfər oğlundan uzun müddət xəbər alınmayıb.

Bu barədə FHN 112 xidmətinə məlumat verilib. Əraziyə FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri əməkdaşları cəlb olunub. Xilasedicilər qapını açaraq mənzilə daxil olublar. Mənzildən 75 yaşlı Xan Xoyski Azad Cəfər oğlunun meyiti aşkarlanıb.

Hadisə yerinə hüquq-müfafizə orqanların əməkdaşları cəlb olunub. Meyit aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, Xan Xoyski Azad Cəfər oğlu ADR-in qurucularından olan Fətəli Xan Xoyskinin qardaşının nəticəsidir.

***

14.04

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR