Bank Of Baku

Gəncədə iki taksi sürücüsü arasında mübahisə bıçaqlanma ilə bitib

Gəncədə iki taksi sürücüsü arasında mübahisə bıçaqlanma ilə bitib
# 05 dekabr 2024 09:15 (UTC +04:00)

Gəncədə taksi sürücüsünü bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakini C.Həsənova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 1980-ci il təvəllüdlü Azər İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə şəhərin "Natavan 2" yaşayış massivi adlanan ərazisində qeydə alınıb. Belə ki iki nəfərin arasında düşən mübahisə zamanı 1991-ci il təvəllüdlü C.Həsənov bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib, dərhal əməlliyat edilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Xatırladaq ki, hər iki şəxs taksi sürücüsü olub. Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR