Gəncə şəhərində qonşular arasında dava düşüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı 1982-ci il təvəllüdlü Pənahova Pərvanə Fəxrəddin qızı döyülərək müxtəlif xəsarətlər alıb.
Qadın dərhal Gəncə şəhərində yerləşən özəl xəstəxanalarından birinə gətirilib.
Vəziyyətinin orta-ağır olduğu deyilir. Qadını döyən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Faklta bağlı araşdırma aparılır.