Gəncədə yanğın olub.
FHN-dən APA-ya verilən məlumata görə, Gəncə şəhərində ümumi sahəsi 1140 m² (hər mərtəbəsi 380 m²) olan üçmərtəbəli tədris mərkəzinin 2-ci mərtəbəsində bir otağın tavanı 3 m² sahədə yanıb. Tədris mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Aysel Şahmar