Gəncə şəhərində yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, yol qəzası şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan “Niva” markalı minik maşını “VAZ” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində 2 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.