Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-yerli bürosunun məlumatına görə, hadisə rayonun Şəfəq kəndində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı minik maşını idarə etməni itirib. Nəticədə maşın yol kənarındakı evə çırpılıb.
Qəza zamanı 1992-ci il təvəllüdlü Süleymanov Laçın Adil oğlu və 1997-ci il təvəllüdlü Quliyev Bəxtiyar Cəmşid oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.