Göyçayda güclü külək bir sıra fəsadlar törədib.
APA-nın Şirvan bürosu xəbər verir ki, güclü küləyin təsirindən Göyçay şəhərində iri gövdəli çinar ağacı rayon məhkəməsinin binasının üzərinə aşıb. Hadisə yerinə baxış keçirilib və əməkdaşların təhlükəsizliyi təmin edilib. Binaya ciddi ziyan dəyməyib.
Aşan ağacın diametri 1,20 sm, hündürlüyü isə 40 metrə yaxındır.
İlham Əhmədov