Göygöldə kürəkənini bıçaqlayan 1955-ci il təvəllüdlü İbrahimov Amil Adil oğlu saxlanılıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
23:33
Göygöldə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb.
1987-ci il təvəllüdlü Məhərrəmov Azər Qiyas oğlu bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, A. Məhərrəmov qayınatası tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.