Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “KAMAZ” markalı yük avtomobili ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.
Hadisə nəticəsində İmişli rayon sakini, 1979-ci il təvəllüdlü Qasımova Sayad Abdulla qızı ölüb, Türkmənistan vətəndaşları 1958-ci il təvəllüdlü Tağıyev Elbrus və 1957-ci il təvəllüdlü Tağıyeva Nailya xəsarətlərlə Şirvan Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.