Hacıqabulda baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik maşını yoldan çıxaraq aşıb. Nəticədə 2 nəfər, sürücü və qadın sərnişin ölüb, 4 nəfər - Abşeron rayon sakinləri, 1969-cu il təvəllüdlü Aliyev Budaq, 1972-ci il təvəllüdlü Alıyeva Xatirə, 1965-ci il təvəllüdlü Aliyev Xankişi və 1997-ci il təvəllüdlü Aliyeva Turan Qabil oğlu xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşıdrma aparılır.