Bank Of Baku

Hacıqabulda taxıl daşıyan maşın aşıb, xəsarət alan var - FOTO - VİDEO

Hacıqabulda taxıl daşıyan maşın aşıb, xəsarət alan var - FOTO  - VİDEO
# 07 fevral 2023 17:41 (UTC +04:00)

Hacıqabulda yol qəzası olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Taxılla yüklü "Mercedes" markalı yük avtomobili idarəetmənin itməsi nəticəsində aşıb.

Nəticədə sürücü xəsarət alıb, taxıl yola dağılıb, yolda tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR