Azərbaycanlı klarnet ifaçısı dənizdə boğulub.
APA-nın xəbərinə görə, hadisə ötən gün Mərdəkan qəsəbəsi ərazisindəki çimərliklərin birində qeydə alınıb.
Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Məmmədbağır Misiroğlu boğularaq vəfat edib.
Faktı müğənni Manaf Ağayev APA-ya təsdiq edib.
M. Ağayev Məmmədbağır Misiroğlunun bu gün dəfn olunduğunu bildirib.