Bank Of Baku

Küçədə azyaşlını döyən şəxs saxlanılıb

Küçədə azyaşlını döyən şəxs saxlanılıb
# 06 fevral 2023 10:16 (UTC +04:00)

Sosial şəbəkədə azyaşlının küçədə döyülməsi bağlı yayılan görüntülər araşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya bildirilib ki, sosial şəbəkələrdə əks olunan videogörüntü ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində dərhal müvafiq araşdırmalar başlanılıb. Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində videodakı şəxsin Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Etibar Əliyev olması müəyyən edilib.

E. Əliyev saxlanılaraq Polis Şöbəsinə gətirilib, faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR