Bank Of Baku

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb - FOTO

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb - FOTO
# 20 noyabr 2024 21:12 (UTC +04:00)

Lənkəranda baş verən qəzada piyada ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi Lənkəran-Boradigah-Masallı yolunun Lənkəranın Girdəni kəndi ərazisindən keçən hissəsində baş verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 20-də saat 17 radələrində 1990-cı il təvəllüdlü N.Tağıyev idarə etdiyi "Opel" markalı minik avtomobili ilə Lənkəran rayonunun Girdəni kəndi ərazisində hərəkətdə olarkən piyada 1986-cı il təvəllüdlü Ramilə Məmmədovanı vurub.

Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR