Bank Of Baku

Lənkəranda güclü külək ağacı avtomobilin üzərinə aşırıb - FOTO

Lənkəranda güclü külək ağacı avtomobilin üzərinə aşırıb - FOTO
# 11 oktyabr 2023 10:15 (UTC +04:00)


Lənkəranda güclü külək irigövdəli ağacı avtomobilin üzərinə aşırıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə saat 21 radələrində köhnə Ələt-Astara magistralının 197-ci kilometrliyində, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. Lənkəran sakini Yalçın Gülhəsən oğlu Həsənova məxsus, 42-CB-537 dövlət nömrə nişanlı, "KİA Sorento" markalı avtomobilə ciddi ziyan dəyib. Qəzada xəsarət alan olmayıb.

Ağac yolun hərəkət istiqamətinə düşdüyündən gediş-gəlişi qısa müddətdə dayanıb. Əraziyə Lənkəran DYP bölməsinin əməkdaşları cəlb olunub. Tıxacın qarşısını almaq üçün ağac qırıntıları yoldan götürülüb. Magistral yolda avtomobillərin hərəkətinə təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR