Lənkəranda mübahisə zəminində kişi bıçaqlanaraq öldürülüb

Lənkəranda mübahisə zəminində kişi bıçaqlanaraq öldürülüb
# 26 iyun 2022 20:06 (UTC +04:00)

Lənkəranda 32 yaşlı kişi bıçaqla qətlə yetirilib.

APA-nın cənub bürosu xəbər verir ki, qətl hadisəsi Liman şəhərində qeydə alınıb.

Şəhər sakini 1990-cı il təvəllüdlü Samir Böyükkişi oğlu Novruzov mübahisə etdiyi 1975-ci il təvəllüdlü Qulam Müzəffər oğlu Səlimov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Q.Səlimov qətli törətdiyini könüllü olaraq etiraf edib və polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR