Bank Of Baku

Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib

Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib
# 29 avqust 2026 09:59 (UTC +04:00)

Avtoxuliqanlıq edən sürücü 1 il sürücülük hüququndan məhrum edilib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı toy karvanında avtoxuliqanlıq edən sürücü E.Abdullayev saxlanılıb.

O, idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaradıb.

Məhkəmənin qərarı ilə E.Abdullayev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR