Bank Of Baku

Məktəbdə döyüldüyü iddia edilən şagirdlə bağlı ekspertiza təyin edilib, araşdırma aparılır - YENİLƏNİB-1

Məktəbdə döyüldüyü iddia edilən şagirdlə bağlı ekspertiza təyin edilib, araşdırma aparılır - YENİLƏNİB-1
# 06 fevral 2026 11:35 (UTC +04:00)

Dünən Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə 7-ci sinif şagirdləri arasında yaranmış mübahisə zamanı biri digərinə xəsarət yetirib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Xəsarət alan şagirdə yerində ilkin tibbi yardım göstərilib, dərhal təcili tibbi yardıma, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Məktəbli təcili tibbi yardım xidməti vasitəsilə tibb müəssisəsinə aparılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Hər iki şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir.

“Qeyd edirik ki, idarə, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür. Aparılan araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək. Uşaqların yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”, - məlumatda qeyd olunub.

Günay Elşən

***

11:05

Sumqayıt şəhərində yerləşən məktəblərin birində iki şagird arasında mübahisə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib.

Qeyd olunub ki, faktla bağlı müvafiq ekspertiza təyin edilib, hazırda ərazi polis orqanında araşdırma aparılır.

Emin Şirvanzadə

***

10.12

Dünən saat 12:30 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi) Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda həkim müşahidəsi altında müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıtda yerləşən 33 nömrəli tam orta məktəbdə insident baş verməsi ilə bağlı xəbərlər yayılıb. Belə ki, sinif yoldaşı tərəfindən döyüldüyü iddia edilən 2012-ci il təvəllüdlü H.B. qapalı kəllə-beyin travması alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR