Mingəçevirdə binanın girişində meyit tapılıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin M.Maqomayev küçəsində qeydə alınıb. Həmin ünvandakı binalardan birinin girişində naməlum kişi meyiti aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan şəxsin şəhər sakini, 1954-cü il təvəllüdlü Həsənov Cümşüd Yusif oğlu olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.