Bank Of Baku

Narkotikə görə tutulan şəxsin zibillikdə gizlətdiyi tüfəng tapılıb - FOTO

Narkotikə görə tutulan şəxsin zibillikdə gizlətdiyi tüfəng tapılıb - FOTO
# 12 may 2023 12:32 (UTC +04:00)

Ədliyyə Nazirliyi Penitensiar xidməti, Bakı İstintaq təcridxanasının əməliyyat aparatları, Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsi və Suraxanı rayon Polis idarəsinin 30-cu Polis şöbəsinin əməkdaşları birgə uğurlu əməliyyat tədbirləri keçirib.

Pentensiar Xidmətdən APA-ya verilən xəbərə görə, əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rufan Məhəmməd Rəsul oğlu Azəri tərəfindən Suraxanı rayonu ərazisində zibilxanada gizlətdiyi 1 ədəd lüləsi kəsilmiş tüfəng aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR