Naxçıvanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün baş verib. Avtomobil yolu keçən 1979-cu il təvəllüdlü Naxçıvan şəhər sakini Elnur Əliyevi vurub.
Yaralı təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.