Bank Of Baku

Naxçıvanda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib

Naxçıvanda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib
# 19 oktyabr 2023 18:14 (UTC +04:00)

Naxçıvan şəhərində bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Atabəylər məhəlləsində qeydə alınıb.

Bir ailənin 5 üzvünün dəm qazından zəhərləndiyi barədə 103 xidmətinə məlumat daxil olub.

Naxçıvan şəhər sakinləri - 1978-ci il təvəllüdlü Talıbov Əhməd Nadir oğlu, 1993-cü il təvəllüdlü Talıbova Qumral Ülfət qızı, 2012-ci il təvəllüdlü Talıbova Aysu Əhməd qızı, 2013-cü il təvəllüdlü Talıbova Zərifə Əhməd qızı və 2017-ci il təvəllüdlü Talıbov Turan Əhməd oğlu təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Onlarin vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR