Bank Of Baku

Naxçıvanda ev yanıb - FOTO - YENİLƏNİB

Naxçıvanda ev yanıb - FOTO  - YENİLƏNİB
# 16 may 2023 18:14 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Naxçıvanda baş verən yanğın barədə məlumat yayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində ümumi sahəsi 144 m² olan birmərtəbəli fərdi evin yanar konstruksiyaları 36 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

16.43

Naxçıvan şəhərində yanğın baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, yanğın şəhərin Xətai məhəlləsindəki evdə qeydə alınıb. Bağırov Qüdrət Bayraməli oğluna məxsus 156 kvadratmetr ərazisi olan yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb.

İlkin məlumata görə, yaşayış evi ev sahibi tərəfindən yandırılıb, buna ailə münaqişəsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR