Bank Of Baku

Nazir polis rəisinə yeni müavin təyin edib

Nazir polis rəisinə yeni müavin təyin edib
# 16 may 2023 16:54 (UTC +04:00)

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

APA-nın yerli bürosunun məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, Şəmkir Rayon Polis Şöbəsinin Xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı İsmayılov Bayram İlqar oğlu vəzifəsindən azad edilib.

O, nazirin digər əmri ilə Qazax RPŞ-yə eyni vəzifəyə təyin olunub.

Bundan başqa, Şəmkir RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Hüseynov Musa Yusif oğlu vəzifəsindən azad edilib. O, Qazax RPŞ-də eyni vəzifəyə təyinat alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR