Avqustun 18-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 18 toy şənliyinin monitorinqini həyata keçirib.
Monitorinq 13 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 63 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Ötən gün toy qaydalarının pozulmasına görə 6 nəfər cərimələnib, 63 nəfər şənliyə buraxılmayıb
19 avqust 2021 10:28 (UTC +04:00)
Hadisə
Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub
17:06
28 aprel 2024
Xilasedicilər Göygöldə çətin keçilən ərazidən 1 nəfərin meyitini çıxarıb - YENİLƏNİB
16:48
28 aprel 2024
Bakıda restoranda yanğın olub, 3 nəfər tüstüdən zəhərlənib
16:24
28 aprel 2024
Zəngilanda silah-sursat aşkar edilib
09:45
28 aprel 2024