Daxili İşlər Nazirliyi (DİN) ötən gün baş verən yol qəzaları ilə bağlı statistik məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, respublikanın avtomobil yollarında ötən gün 9 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 11 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.