Prokurorluq: Bu il 896 şəxs barəsində cinayət işinin istintaqı başa çatdırılıb

Bu il 896 şəxs barəsində cinayət işinin istintaqı başa çatdılıb

© APA | Bu il 896 şəxs barəsində cinayət işinin istintaqı başa çatdılıb

# 27 oktyabr 2021 15:17 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununregemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu günün rəqəmi isə 896-dır. Belə ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində 896 şəxs barəsində başlanmış cinayət işinin istintaqının yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilməsi təmin edilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR