Bank Of Baku

Prokurorluq Sabunçuda kişinin arvadını qətlə yetirməsi ilə bağlı məlumat yayıb

Prokurorluq Sabunçuda kişinin arvadını qətlə yetirməsi ilə bağlı məlumat yayıb
# 11 may 2023 09:42 (UTC +04:00)

Sabunçu rayonunda qətl hadisəsi törədilib.

Sabunçu rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, mayın 10-u saat 12 radələrində paytaxtın Sabunçu rayonunda yerləşən mənzillərdən birində 1983-cü il təvəllüdlü Sevinc Quliyevanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1977-ci il təvəllüdlü Zöhrab Quliyevin arvadı Sevinc Quliyevaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Zöhrab Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR