Qayınanasını qətlə yetirməkdə təqsirləndirilən Ruhanə İmanovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Ruhanə İmanova 10 il müddətə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən il iyul ayında Astara rayonunda baş verib. Təqsirləndirilən Ruhanə İmanova ailə münaqişəsi zəminində kəsici alətlə qayınanası Xalidə Manafovanı qətlə yetirib.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülsə də, məhkəmə istintaqı zamanı 120.1-ci (Qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.