Bank Of Baku

Qəbələdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Qəbələdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
# 23 yanvar 2023 19:59 (UTC +04:00)

Qəbələdə yol qəzası baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, yol qəzası bu gün Qəbələnin Nic qəsəbəsində qeydə alınıb.

Qəza zamanı iki minik avtomobil toqquşub.

Hadisə nəticəsində Şəki şəhər sakini 1986–cı il təvəllüdlü Saatov Ruslan Saleh oğlu, Şəki şəhər sakini 1973-cü il təvəllüdlü Mustafayev Seyran Mürsəl oğlu, Oğuz rayon sakini 1986-cı il təvəllüdlü Həsənov Cavidan Elməddin oğlu və Oğuz sakini 1978-ci il təvəllüdlü Əhmədov Bəhruz Asif oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR